20 Yanvar faciəsi qurbanlarının xatirəsi Londonda yad ediləcək

17:13 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 20-də Londonda “Buta” Azərbaycan Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində 20 Yanvar faciəsi qurbanlarının xatirə gecəsi keçiriləcək.
Gecədə milli siyasət sahəsində aparıcı mütəxəssislər, tarixçilər, jurnalistlər, Avrasiya problemlərinə dair ekspertlər arasında diskussiya təşkil ediləcək. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, məşhur rusiyalı kinorejissor Andrey Konçalovski, “Buta” festivalının direktoru, biznesmen Nəsib Piriyev, aktrisa və teleaparıcı Süzanna Saymons iştirak edəcəklər.
Xatirə gecəsində A.Konçalovskinin çəkdiyi “Qara Yanvar” sənədli filmi nümayiş etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_Londonda_yad_edilecek-825337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR