İtaliya A Seriyasının 10-cu turunda "Cenoa" ilə keçirilmiş oyun "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı qapıçı Turin təmsilçisində 513-cü matçını keçirib. Təcrübəli qolkiper "Qoca sinyora"nın sabiq futbolçusu Alessandro Del Pyeronun rekordunu təkrarlayıb.

Buffon "Yuventus"da daha bir qarşılaşmaya çıxsa, klub tarixində ən çox keçirmiş futbolçu olacaq.

"Yuventus" "Cenoa"ya 2:1 hesabı ilə qalib gələrək, A Seriyada liderliyini davam etdirir.

Milli.Az