Falkaodan "Qalatasaray" azarkeşlərinə şad xəbər

Falkaodan "Qalatasaray" azarkeşlərinə şad xəbər
20:32 31 Oktyabr 2019
119 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" bir müddətdi zədə səbəbindən oynamayan Radamel Falkaodan şad xəbər alıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, kolumbiyalı ulduz noyabrın 6-da Çempionlar Liqasında "Real"la keçiriləcək oyunun iştirakçısı olacaq. İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim kolumbiyalı oyunçu ilə görüşüb və onun İspaniyadakı səfər oyununda çıxış etməsinin önəmli olduğunu vurğulayıb.

Falkaonun bu həftə Super Liqada "Çaykur Rizəspor"la oyununda da iştirak etmək şansı var. Amma bununla bağlı hələ yekun qərar verilməyib. O, bu qarşılaşmanın son 30 dəqiqəsində meydanda ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/798667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR