Türkiyənin Çankırı vilayətində İŞİD terror təşkilatına qarşı növbəti polis əməliyyatı keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat zamanı 12 nəfər saxlanılıb.
Saxlanan şəxslər arasında bir müddət əvvəl zərərsizləşdirilmiş İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin fərdi aşpazı da var.
Bütün saxlananların İraq vətəndaşı olduğu deyilir. Digər təfərrüatlar barədə məlumat verilməyib.
Milli.Az