İnterpol (Beynəlxalq Cinayət Polisi İdarəsi) tərəfindən qırmızı bülletenlə axtarılan 2 İŞİD terrorçusu Türkiyədə tutulub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rusiya vətəndaşları olan qadın terrorçular 3 uşaqla birlikdə Türkiyəyə keçməyə çalışarkən Kilisdə ələ keçib.

Onların Jandarma tərəfindən İnterpol prosedurları üçün Kilis Miqrasiya İdarəsinə təslim edildiyi bildirilir.