"Neftçi" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib

"Neftçi" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib
22:07 1 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.
"Report"un məlumatına görə, həftənin açılış oyununda ikinci sıradakı "Neftçi" lider "Qarabağ"ı qəbul edib. "Bakcell Arena"da baş tutan matçda hesab açılmayıb.
Bu heç-heçədən sonra xalını 26-ya çatdıran Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirib. Paytaxt komandası isə xalını 18-ə yüksəldib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" - "Keşlə" görüşü ilə davam edəcək. Bazar günü isə "Zirə" - "Sumqayıt" və "Qəbələ" - "Sabah" duelləri olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-qarabag-oyununda-qalib-mueyyenlesmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR