Suriya Milli Ordusunun itkiləri açıqlanıb

Suriya Milli Ordusunun itkiləri açıqlanıb
14:42 2 Noyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

“Barış pınarı” antiterror əməliyyatı nəticəsində Suriya Miili Ordusunun 137 döyüşçüsü şəhid olub.
“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.
Bildirilib ki, oktyabrın 9-dan indiyədək Suriya Milli Ordusunun 137 döyüşüçsü şəhid olub, 508-i yaralanıb.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane olmaq, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır. Oktyabrın 18-də Türkiyə ilə ABŞ arasında əldə edilən razılşamaya əsasən antiterror əməliyyatı dayandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriya-milli-ordusunun-itkileri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR