Qobustan, 15 may, AZƏRTAC
Qobustanda taxıl biçini kampaniyasına hazırlıq işlərinə start verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari ildə rayonda 22 min 616 hektarda taxıl yetişdirilir. Əkin sahələrinin 15 min 278 hektarı buğda, 7 min 338 hektarı isə arpadır.
Əlbəttə, məhsulun vaxtında və itkisiz yığılması biçin kampaniyasına hazırlığın yüksək səviyyədə aparılmasından asılıdır. Odur ki, bu günlər hər yerdə taxılçılar bu mühüm kampaniyaya hazırlaşırlar.
Cari mövsümdə zəmilərə 60 kombaynın çıxarılması nəzərdə tutulub.