ABŞ-ın başçılıq etdiyi terrorçuluğa qarşı beynəlxalq koalisiya İraqın Neynəva əyalətində İŞİD terrorçularının gizləndiyi ehtimal edilən tunellər və mağaralar sistemini məhv edib.

Milli.Az Modern.az-a istinadən bildirir ki, İŞİD döyüşçülərinin sığınacaqlarının məhvi onların gizlənmək və terror tədbirləri planlaşdırmaq imkanlarından məhrum edib.

Bildirilir ki, tunellərin uzunluğu təxminən 400 metrdir.

Milli.Az