ABŞ sərnişinlərin etibarını qazanmaq üçün "Boeing 737 MAX"ı sınaqdan keçirəcək

ABŞ sərnişinlərin etibarını qazanmaq üçün "Boeing 737 MAX"ı sınaqdan keçirəcək
07:42 4 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın 3 aviaşirkəti - "Southwest Airlines", "United Airlines" və "American Airlines" Birləşmiş Ştatların Federal Aviasiya İdarəsinin rəsmi uçuşları ilə əlaqəli olmayaraq istismarı yenilənmiş "Boeing 737 MAX"ın nümayiş uçuşlarını təşkil etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə aviatikinti sahəsində mənbələrə istinadən "The Wall Street Journal" nəşri bildirib.
Bu aksiya sərnişinlərin və sifarişçilərin təyyarəyə etibarının artmasına yönəldilib. Qeyd edilir ki, onların yenilənmiş hava gəmisinin texniki xarakteristikalarının etibarlılığına əmin olmaq imkanı olacaq. Təyyarələrin nümayiş uçuşuna digər pilotları, rəhbərliyin üzvlərini, sifarişçilərin nümayəndələrini və jurnalistləri dəvət edəcəklər.
"United Airlines" və "American Airlines" təyyarələri 2020-ci ilin yanvarına qədər hava daşımaları qrafiklərindən kənarlaşdırıb. "Southwest Airlines" isə gələn ilin fevralına qədər "Boeing 737 MAX"ı uçuşlardan məhrum edib.
Xatırladaq ki, bu ilin 10 martında Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX" təyyarəsi qəzaya uğrayıb. Nəticədə 157 nəfər həlak olub. Ötən il İndoneziyada "Lion" şirkətinin analoji modeldən olan hava gəmisinin qəzası zamanı 189 nəfər həyatını itirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-aviasirketleri-sernisinlerin-etibarini-qazanmaq-ucun-boeing-737-m

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR