Elmar Məmmədyarov: "Azərbaycanla Qətər arasındakı əlaqələr fəal şəkildə inkişaf edir"

Elmar Məmmədyarov: "Azərbaycanla Qətər arasındakı əlaqələr fəal şəkildə inkişaf edir"
10:52 4 Noyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətlər çox yaxşıdır, fəal inkişaf edir. Qarşılıqlı sərmayələr hesabına ölkələr arasındakı ticarət dövriyyəsi artır".
"Report" QNA-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qətərə səfəri zamanı deyib.
Nazirin sözlərinə görə, o, Qətərin Baş nazirinin müavini və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə görüş keçirib və görüşdə tərəflər təhlükəsizlik, terrorizmlə mübarizə və regional problemlərin həlli yollarını müzakirə olunub.
O bildirib ki, bu gün Bakı ilə Doha arasında bütün sahələrdə intensiv əməkdaşlıq mövcuddur.
İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Təmas Qrupunun nazirlər iclası haqqında danışan E.Məmmədyarov iştirakçıların Somali xalqına üzləşdikləri problemlərin aradan qaldırılması üçün göstərilən səylərdə hər cür kömək və dəstək göstərilməsi ilə bağlı razılıq əldə etdiklərini vurğulayıb.
Onun sözlərinə görə, Somalinin ehtiyacları barədə aydın anlayış var, çünki görüşdə İslam ölkələrindən çox sayda nazir, rəsmi şəxs və nümayəndə heyəti qatılıb və onlar Somalini təhlükəsizlik, sabitlik və iqtisadi və siyasi dəstəklə təmin etmək səylərində dəstəkləmək əzmini ifadə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-azerbaycan-qeter-elaqeler-feal-inkisaf-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR