Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən ticarət və sərmayə sahəsində birgə səylərin artırılması yolları üzrə müzakirələr aparılıb.
E.Məmmədyarov həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri barədə məlumat verib və Qətər Dövlətinin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.