Avropa çempionu: "Avopa çempionatında qazandığım qızılı şəhidlərimizə və əsgərlərimizə həsr edirəm"

Avropa çempionu: "Avopa çempionatında qazandığım qızılı şəhidlərimizə və əsgərlərimizə həsr edirəm"
07:42 5 Noyabr 2019
141 Digər
Ölkə mətbuatı
A- A+

"Yarış günü çox həyəcanlı idik. İlk gündə 3-cü yerlə kifayətlənməli olduq. Bundan sonrakı mərhələlərdə daha uğurlu çıxış etdik".
"Report" xəbər verir ki, bu fikirləri İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatının gənclər yaş qrupunda mübarizə aparan Murad Rəfiyev söyləyib. Onun sözlərinə görə, Avropa çempionatında ciddi rəqiblərlə mübarizə aparıblar: "Bizim üçün ən çətin rəqib Rusiya və Böyük Britaniya təmsilçiləri idi. Lakin son gün onları geridə qoymağı bacardıq. Yarışın ilk günündə 3-cü, ikinci günündə 2 və son gündə isə qızıl medal qazanmağı bacardıq.
Avropa çempionu onu da bildirib ki, qalibiyyətini aprel döyüşlərində canlarını fəda edən şəhidlərimizə, səngərdə Vətənin keşiyini çəkən əsgərlə həsr edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionu-avopa-cempionatinda-qazandigim-qizili-sehidlerimize

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR