ABŞ-da sinaqoqun partladılmasının qarşısı alınıb, saxlanılan var

ABŞ-da sinaqoqun partladılmasının qarşısı alınıb, saxlanılan var
08:02 5 Noyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ vətəndaşı sinaqoqu partlatmaq cəhdinə görə həbs edilib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, Kolorado polisi sinaqoqu partlatmağı planlaşdıran yerli sakin Riçard Holçeri yaxalayıb. Polisin məlumatına görə, 27 yaşlı gənc bir nəfərlə əlbir olaraq Pueblo şəhərindəki sinaqoqu partlatmağı planlaşdırıb.
Federal Təhqiqat Bürosu (FTB) həmin şəxsin sosial şəbəkələrdə fəal şəkildə antisemit baxışları ifadə etdiyini aydınlaşdırıb. FTB-nin casusları onunla görüşəndə Riçard Holçer "müqəddəs müharibə"yə başlamaq niyyətində olduğunu deyib. O, həmçinin casuslara öz planı barədə də ətraflı danışıb.
Holçer partlayışdan bir neçə saat əvvəl saxlanılıb. Qeyd edilir ki, onu müddətlik həbsxana cəzası gözləyir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-sinaqoqun-partladilmasinin-qarsisi-alinib-saxlanilan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR