İŞİD terror təşkilatının sabiq lideri Əbubəkr əl-Bağdadinin özündən böyük bacısı Rəsmiyə Avad Suriyanın Azez şəhərində tapılıb.

Publika.az xəbər verir ki, Türkiyə kəşfiyyatının bu uğuru dünya mediasında geniş yer tapıb.

Bağdadinin bacısı tutuldu - FOTO

65 yaşlı Rəsmiyə Avad bir konteynerdə qaynanası və 5 övladı ilə birlikdə yaxalanıb. O, dövlət protokoluna uyğun şəkildə dindirilib.

Qeyd edək ki, Əbubəkr əl-Bağdadi məxfiliyə böyük əhəmiyyət verən liderlərdən olub. Onun haqqında olduqca az rəsmi məlumat var.

Xatırladaq ki, Bağdadi 28 oktyabrda İdlibdə ABŞ qüvvələri tərəfindən məhv edilib.

Zümrüd