1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb. Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.
Metbuat.az bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlayıb ki, qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.
Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir.
Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:
1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.
3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).
Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddırlar:
•18 yaşınadək şəxslər
•23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər
•Pensiyaçılar
•Sosial müavinət almaq hüququna malik olan şəxslər
•Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri
•Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar
•Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar
Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq -
Həmçinin oxu
Bakının 27 küçə və prospektində tıxac var
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Bakıda və bir sıra bölgələrdə küləklə bağlı sarı xəbərdarlıq verildi
Dünən
·
16:57
“PlayStation 5” istəyirdi, avtomobil qazandı - Lotereyanın qalibi danışdı
Dünən
·
16:17
2027-ci ilin büdcəsində əsas prioritet nə olacaq? - ŞƏRH
Dünən
·
14:47
Yenilənib
Tanınmış aparıcı Günel Qədimovaya vəzifə verildi
Dünən
·
13:52
Top xəbərlər
Layihələr
Son xəbərlər
“Qalatasaray”ın sabiq ulduzu karyerasını başa vurdu
Bu gün
·
01:20
Yumurtalı, duzlu, kərə yağlı: qeyri-adi 9 qəhvə növü
Dünən
·
23:57
Şahzadə Harri Rusiyaya qarşı döyüşmək üçün orduya qayıdır
Dünən
·
23:51
“GTA 6” satışa çıxan gün “PlayStation Network”də nasazlıq oldu
Dünən
·
23:46
Bayramov və Fidan arasında telefon danışığı oldu
Dünən
·
23:44
Yaponiyada meymunlar sakinlərə hücum etdilər
Dünən
·
23:30
Aktrisa evini 1,7 milyon dollara satdı
Dünən
·
23:21
Uşaq ataya verilərsə, ana da aliment ödəməlidir
Dünən
·
23:02
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adladı
Dünən
·
22:51
Milanın görünüşü dəyişir - Şəhər meşəyə çevrilir
Dünən
·
22:37
Putin və Si Cinpin Ukrayna məsələsini müzakirə ediblər
Dünən
·
22:12
Tramp, Putin və Si Cinpin ilk dəfə eyni kadrda yer aldılar
Dünən
·
21:42
“Qalatasaray”da daha 4 futbolçu sıradan çıxdı
Dünən
·
21:27
Cinpin ilk dəfə ABŞ prezidentini şəxsən qarşıladı - Səfərin detalları
Dünən
·
21:20
Generalın qızı ilə bağlı məhkəmədən yeni qərar
Dünən
·
21:14