Oksana ilk dəfə ailəsi haqda danışdı: "Uşağımın atası ..." -

Tanınmış rəqqasə-aktrisa Oksana Rəsulova AZXEBER.COM-a özəl müsahibə verib.

Metbuat.az həmin müsahibəni təqdim edir:

- Ana olduqdan sonra bəzi qadınlar özünə qadağalar qoyur. Bəs sizdə necədi?

- Analıq çox gözəl bir hissdir, hər bir xanıma arzu edirəm. Mən ana olandan sonra özümə elə də çox qadağalar qoymamışam, amma harada oluramsa olum çalışıram evə tez gedim. Oğluma daha çox zaman ayırmaq istəyirəm.

- Ana olduqdan çox qınaq obyekti olduz. Hətta yazırdılar ki, süni mayalandırma vasitəsilə ana olmusuz...

- Bu haqda çox danışmaq istəmirəm. Sadəcə demək istəyirəm ki, mən ailə həyatı qurmuşam. Övladımın atası var. Əslən azərbaycanlıdır, işi ilə əlaqədar Türkiyəyə gedib-gəlir. Hətta gələcəkdə ikinci övladı da düşünürük. Uşağımın atası bəzən övladı üçün darıxır, o zamanda görüntlü danışırıq".

- Açıqlamalarınızın birində adınızın yanında rəqqasə adını yazılmasına istəmədiyinizi demisiz...

- Bəli, o qədər dırnaq arası rəqqasələr var ki, adımın yanında rəqqasə yazılmasını istəmirəm. Mənə hind mahnılarının mahir ifaçısı və ya aktrisa deyilsə daha yaxşı olar."

Oksananın müsahibəsini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR