Sorğu: Fransada müsəlmanlar irqi və dini ayrı-seçkiliyə məruz qalır

Sorğu: Fransada müsəlmanlar irqi və dini ayrı-seçkiliyə məruz qalır
20:27 6 Noyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+


Fransanın İctimai Rəy İnstitutu (İFOP) ölkə əhalisi arasında sorğu keçirib.
"Report"un Fransa bürosu xəbər verir ki, sorğunun nəticələrinə görə Fransada hər 10 müsəlmandan 4-ü irqi və dini ayrı-seçkiliyə məruz qalıb. 
Qeyd edilib ki, Fransadakı müsəlmanların 42 faizi həyatlarında bir dəfə də olsa mənsub olduqları dinə görə ayrı-seçkiliyin qurbanı olublar. Onların 28 faizi polis nəzarəti zamanı, 24 faizi iş, 22 faizi isə mənzil axtarışı zamanı ayrı-seçkiliklə üzləşiblər.

Sorğuya əsasən, Fransada yaşayan hər 4 müsəlmandan biri verbal zorakılığa, yaxud təhqirə məruz qalıb. Müsəlman olmayan əhali arasında isə bu rəqəm 9 faizə bərabər olub. Fiziki zorakıq halları isə müsəlman olmayan əhaliyə qarşı 3 faiz, müsəlmanlara qarşı isə 7 faiz olub.
Bildirilib ki, Fransada yaşayan müsəlman qadınlar kişilərə nisbətən daha artıq ayrı-seçkilik halları ilə qarşılaşıblar. Belə ki, qadınların 45 faizi, kişilərin isə 35 faizi ayrı-seçkilik qurbanı olub. Başını örtən müsəlman qadınların isə 60 faizi həyatlarında bir dəfə də olsa ayrı-seçkiliyə məruz qaldıqlarını, 37 faizi isə təhqir olunduqlarınını bildiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sorgu-fransada-muselmanlar-irqi-ve-dini-ayri-seckiliye-meruz-qalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR