KİV: Amsterdam aeroportunda təyyarəni qaçırmağa cəhd edilib

KİV: Amsterdam aeroportunda təyyarəni qaçırmağa cəhd edilib
00:22 7 Noyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Amsterdam yaxınlığındakı Sxipol hava limanında təyyarəninin qaçırılmasına cəhd olunub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hərbi polisdəki mənbələrə istinadən Niderlandın Teleradioyayım Şirkəti (NTK) bildirib.
Telekanalın məlumatına görə, enmə (sərnişinlər-red) zamanı pilot təyyarənin qaçırılmasına cəhdlə bağlı həyəcan düyməsini basıb. "Həmin an 27 nəfər təyyarənin göyərtəsinə qalxıb", - NTK qeyd edib. Söhbətin terror aktından gedib-getməməsi hələ ki anlaşılmır.
Hava limanının təhlükəsizliyi üçün cavadehlik daşıyan hərbi polis "Twitter"dəki səhifəsində bildirib ki, sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk edib.
"Sərnişinlər və ekipaj təyyarənin göyərtəsindən düşüblər", - deyə xəbərdə bildirilir. Hazırda laynerə baxış keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-amsterdam-aeroportunda-teyyareni-qacirmaga-cehd-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR