Pirşağıda qəza olub, qəsəbə qazsız qalıb (FOTO)

Pirşağıda qəza olub, qəsəbə qazsız qalıb (FOTO)
17:55 7 Noyabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, "Opel" markalı minik avtomobili ilə toqquşan "Mersedes" markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.

Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3145641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR