Vüsal İsgəndərli: "Milliyə dəvət almaq ən böyük arzum idi"

Vüsal İsgəndərli: "Milliyə dəvət almaq ən böyük arzum idi"
11:37 8 Noyabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

“Milli komandanın formasını geyinmək hər bir futbolçu üçün şərəfdir. Klubumda öz oyununu oynayırdım və nə vaxtsa çağrılacağımı gözləyirdim. Bu, ən böyük arzum idi, bunu çox istəyirdim”.
Bunu “Report”a ilk dəfə futbol üzrə Azərbaycanın əsas milli komandasına dəvət alan Vüsal İsgəndərli deyib.
“Keşlə”nin formasını geyinən 24 yaşlı yarımmüdafiəçi bilirib ki, cari mövsümün əvvəlində qarşısına məhz milliyə dəvət almaq hədəfi qoyub: “Əziyyətimin bəhrəsini görmək xoşdur. Niyə indi dəvət aldım? Görünür, indi daha yaxşı formadayam, nələrisə düz edirəm deyə, çağrılıram. Dəvət almayanda, hər zaman səhvi özümdə axtarırdım”.
Milli AVRO-2020-nin seçmə mərhələsində noybarın 16-da Bakıda Uels, 3 gün sonra isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq. İsgəndərli həmin görüşlərdə xal qazanmağın mümkün olduğunu vurğulayıb: “Qarşıdakı oyunlar çətin olacaq, rəqiblər zəif deyil. Əvvəlcə Bakıda Uelslə oynayacağıq. Heyətlərində Qaret Beyl və Aaron Remsi kimi səviyyəli futbolçuları çoxdur. Eyni sözü Slovakiya barəsində də deyə bilərəm. Onların oyunçularının əksəriyyəti böyük, tanınmış klublarda çıxış edirlər. Çətin matçlar olacaq. Ancaq biz də məşqinini dediklərini eləməklə və istəkli oynamaqla xal qazana bilərik”.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavadakı Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda, 17-dən 19-dək isə Slovakiyada təlim-məşq toplanışı keçirəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/vusal-i-sgenderli-milliye-devet-almaq-en-boyuk-arzum-idi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR