Tbilisidə “Azərbaycan bayrağı” fləşmobu keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib.

Metbuat.az xəbər verir ki, tədbiri Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi təşkil edib.

Fləşmob çərçivəsində muzeyin qarşısında yerləşən parkda azərbaycanlı və gürcü uşaqlar Azərbaycan bayrağı və Azərbaycan-Gürcüstan dostluğuna aid rəsmlər çəkiblər. Azərbaycan bayrağına rəsmlərlə sevgisini ifadə edən uşaqlar M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvləri olublar.

Aksiyanın sonunda uşaqlar böyük ölçüdə olan Azərbaycan bayrağını dalğalandırıblar. Fləşmob çərçivəsində muzeyin ətrafında Tbilisi sakinləri və qonaqlara kiçik ölçüdə Azərbaycan bayraqları paylanılıb.

Muzeyin rəhbəri Əliyeva Leyla “Report”a bildirib ki, aksiyanın keçirilməsi dünyada yaşayan azərbaycanlıların birlik simvolu olan Azərbaycan bayrağına sevgi və hörməti nümayiş etdirmək məqsədi daşıyıb.(Report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR