Bu gün Naxçıvanda Bayraq günü münasibətilə veteranlar arasında futbol matçı keçiriləcək

Bu gün Naxçıvanda Bayraq günü münasibətilə veteranlar arasında futbol matçı keçiriləcək
14:37 9 Noyabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Naxçıvanda 9 noyabr - Bayraq günü münasibətilə futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, matçın təşkilatçıları AFFA, Naxçıvan Futbol Federasiyası və FVİ-dir.
O.Abdullayev Hüseyn Məhəmmədov, Nurəddin Əliyev, Maşallah Əhmədov, Asim Xudiyev, Arif Əsədov, Samir Əliyev, Asif Əliyev, Rüstəm Rəhimov, Bəxtiyar Musayev və Ramiz Məmmədov kimi veteran futbolçuların yerli veteranlarla üz-üzə gələcəklərini bildirib.
FVİ sədri Naxçıvanda futbola yenidən xüsusi diqqət ayrıldığını və bu məqsədlə Əsgər Abdullayev kimi təcrübəli mütəxəssisin Muxtar Respublikaya dəvət olunduğunu vurğulayıb. O.Abdullayev bu inkişafa öz töhfələrini vermək qərarına gəldiklərini söyləyib. Naxçıvan rəhbərliyinin bu matçın təşkili ideyasını sevinclə qarşıladığını deyən qurumun sədri yerli azarkeşlərin maraqlı oyuna şahidlik edəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, oyun saat 15:00-da başlanacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-naxcivanda-bayraq-gunu-munasibetile-veteranlar-arasinda-futbol-matci-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR