Batut gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Birinciliyinin qalibləri müəyyənləşib

Batut gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Birinciliyinin qalibləri müəyyənləşib
21:29 9 Noyabr 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bakı Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Birinciliyinin yarışları başa çatıb.

Trend-in məlumatına görə, fərdi və sinxron proqramda yarışlarda Bakı Gimnastika Məktəbi və "Ocaq Sport" klubunun təmsilçiləri iştirak edib. Yarışlar körpələr (2012-ci il təvəllüdlü), "uşaqlar" (2009-2011-ci il təvəllüdlü), "pre-yuniorlar" (2007-2008-ci il təvəllüdlü), "yuniorlar" (2003-2006-cı il təvəllüdlü) və "böyüklər" (2002-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyalarında keçirilib.

"Uşaqlar" yaş kateqoriyasında kişilər proqramında birinci yeri Əmmar Bəxşəliyev (45.810 bal), ikinci yeri Mahir Məmmədli (43.660 bal), üçüncü yeri isə Rauf Mikayıllı (41.100 bal) tutublar. Ə.Baxşəliyev və R.Mikayıllı Bakı Gimnastika Məktəbini, M.Məmmədli isə "Ocaq Sport" klubunu təmsil ediblər.

"Uşaqlar" yaş kateqoriyasında qadınlar proqramında birinci yeri Səma Cəfərova (40.958 bal), ikinci yeri Aylin Nəzərova (40.090 bal), üçüncü yeri isə Aylin Məmmədli (37.475 bal) tutublar. S.Cəfərova və A.Nəzərova Bakı Gimnastika Məktəbini, A.Məmmədli isə "Ocaq Sport" klubunu təmsil ediblər.

"Pre-yuniorlar" yaş kateqoriyasında kişilər proqramında birinci yeri Hüseyin Abbasov (53.585 bal), ikinci yeri Maqsud Maxsudov (52.620 bal), üçüncü yeri isə Nicat Mirzəyev (49.015 bal) tutublar. Gimnastlar Bakı Gimnastika Məktəbini təmsil ediblər.

"Yuniorlar" yaş kateqoriyasında qadınlar proqramında birinci yeri 52.790 bal ilə Bakı Gimnastika Məktəbinin təmsilçisi Selcan Maxsudova tutub.

"Böyüklər" yaş kateqoriyasında kişilər proqramənda ən yaxşı nəticəni Ruslan Ağamirov (49.935 bal) göstərib. İkinci yerdə İlya Qrişunin (23.375 bal) qərarlaşıb. Hər iki idmançı "Ocaq Sport" klubunu təmsil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3146550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR