Azərbaycana səfərə gələn alim Salyanda qəfil öldü - FOTO

Azərbaycana səfərə gələn alim Salyanda qəfil öldü - FOTO
13:08 10 Noyabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycana qısa müddətli səfərə gələn İstanbul Universitetinin professoru Məhəmməd Tağıyev 68 yaşında qəfil ürək tutmasından anadan olduğu Salyan rayonunda dünyasını dəyişib.

Məşhur riyaziyyatçı Məhəmməd Həmid oğlu Tağıyev elmi fəaliyyəti ilə bağlı 1993-cü ildən Türkiyəyə köçmüşdü və İstanbul Universitetinin professoru idi. Onun hazırlaşdırdığı və Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Türkiyə məktəblilərinin qalib gəlməsi məşhur riyaziyyatçı müəllimə yaşadığı qardaş ölkədə çox böyük nüfuz qazandırmışdı.

Son illərdə Türkiyə Milli Təhsil Nazirliyinin “Elmi Olimpiada” Akademiyasının qurucusu və baş konsulu kimi fəaliyyət göstərirdi. Onun hazırladığı türkiyəli tələbələr hazırda ABŞ, Braziliya, Meksika, Almaniya və Türkiyənin ən məşhur universitetlərində elmi fəaliyyətlərini davam etdirirlər.

Azərbaycanlı alimin əməyi Türkiyə dövləti tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib...

Riyazlyyatçı alimin 3 oğlu da onun yolunu davam etdirir.(virtualaz.org)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/295715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR