"Report"un xəbərinə görə, iş baxılması üşün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Azad Məcidovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə iyunun 4-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.1984-cü il təvəllüdlü Əbdüləzimov Rauf Aleksandr oğlu döş qəfəsinin sol hissəsindən-ürək nahiyəsindən bıçaqlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 yaşlı R.Əbdüləzimovun yaxın qohumu Əbdüləzimov Şahin Məmməd oğlu tərəfindən bıçaqlandığı müəyyənləşib. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.