Tamblinq və batut gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib

Tamblinq və batut gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
11:17 11 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakının iki fərqli məkanında tamblinq və batut gimnastikası üzrə daxili yarışlar təşkil edilib.
“Report” Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və birinciliyi isə Bakı Olimpiya İdman Kompleksində keçirilib.
İki günlük yarışlarda Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunu təmsil edən tambliqnçilər - uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar. Batutçular isə fərdi və sinxron proqramda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” İdman Klubunu təmsil ediblər.
Batut yarışlarında ilk dəfə olaraq Qaxdan olan gimnastlar öz çıxışlarını nümayiş etdiriblər.
Kişi və qadın idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə son daxili yarışlar Sumqayıt şəhərində baş tutacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/tamblinq-ve-batut-gimnastikasi-uzre-azerbaycan-cempionati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR