Şəkidə yük avtomobilinin təkəri partlayıb, sürücü ağır xəsarət alıb

Şəkidə yük avtomobilinin təkəri partlayıb, sürücü ağır xəsarət alıb
12:57 11 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Şəki sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kiş kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1971-ci il təvəllüdlü Şahin Məhərrəmov yük maşınının təkərinə hava doldurarkən təkər partlayıb. Nəticədə təkərdən çıxan dəmir parçası Ş.Məhərrəmova ciddi xəsarət yetirib.
Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılan 48 yaşlı Ş.Məhərrəmova ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan yaralının Bakıdakı xəstəxanalardan birinə göndəriləcəyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekide-yuk-avtomobilinin-tekeri-partlayib-surucu-agir-xesaret-alib4

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR