Ayaq göbələyindən xilas olmaq üçün - VACİB QAYDALAR

Ayaq göbələyindən xilas olmaq üçün -  VACİB QAYDALAR
20:18 11 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bir çox insanda üzə çıxan və keçici xəstəlik olan ayaq göbələyi barmaq aralarının kəpəklənməsi və qaşınması ilə ortaya çıxır.

Publika.az xəbər verir ki, nəm və istiliyi sevən, bu şəraitdə sürətlə çoxalan göbələk bu xəstəliyə yoluxan insanların əşyalarından istifadə edən zaman da keçici olur. Bu xəstəliyi müalicə etmək üçün nə etmək lazımdır?

Hamamdan sonra ayaqlarınızı qurulayın

Mantar dəri problemidir. Xüsusən də yay aylarında daha çox üzə çıxır. Bunun qarşısını almaqdan ötrü hamamdan çıxdıqdan sonra ayaqları qurulamaq lazımdır. Çünki islaq ayaqda tər ilə nəmin və istinin artması ilə göbələk yarana bilər. Yay aylarında dəniz və hovuz mövsümü, duş və soyunma-geyinmə otaqları da göbələk üçün şərait yaradır. Steril olmayan manikür və pedikür alətlərindən də uzaq durun.

Müalicə olunmasa təkrarlanır

Ayaq göbələyi qaşıntılarla ilk simptomlarını biruzə verir. Əgər göbələk dırnaqda yaranıbsa, dırnaq altında oyulma, qaralma, qalınlaşma və rəng dəyişikliyi üzə çıxır. Bunu mütləq müalicə etmək lazımdır. Çünki əks halda göbələk yenidən təkrarlanır və infeksiyaya səbəb olur.

Müalicənin təsiri və müddəti

Ayaq göbələyini müalicə etmək üçün krem və sprey müalicəsi məsləhətdir. Müalicə müddəti və yan təsirləri müalicənin formasına və insana görə dəyişir. Bundan başqa krem və sprey ağız yolu ilə qəbul edilən dərmanlara nisbətən daha az yan təsirə sahibdir.

Ayaqlarınızı göbələkdən qorumaq üçün bunları edin:

1.Ayağınızın tərləməməsinə çalışın;

2.Hər gün ayaqlarınızı yuyun. Hamamdan sonra ayaqlarınızı və barmaq aralarını yaxşıca qurulayın

3.Ayaqqabını uzun müddət ayağınızda saxlamayın

5.İslaq zəminə çılpaq ayaqla basmayın

6.İctimai idman mərkəzlərində öz tərliklərinizi geyinin

7.İnsanlarla dolu hovuz ətrafında tərliksiz gəzməyin

8.Steril olmayan pedikürdən qaçın

9.Corablarınızı hər gün dəyişin

10.Başqalarının hamam dəsmalı və ayaqqabılarından istifadə etməyin. (Medicina.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/295814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR