Hamiləlik testi kişilərdə müsbət çıxa bilərmi?

Hamiləlik testi kişilərdə müsbət çıxa bilərmi?
21:12 11 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bəli, bu mümkündür. Lakin bu təbii ki, o demək deyil ki, bu kişi "hamilədir". Bu çox təhlükəli xəstəliyin simptomudur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ev şəraitində istifadə olunan hamiləlik testləri sidikdə "xorionik honadotropin" adlı hormonu təyin edir. Bu hormon qadın orqanizmində embrion uşaqlıq divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır.

Sağlam kişinin orqanizmində bu hormon təbii ki, yoxdur və ola da bilməz. Lakin xaya xərçəngi zamanı zədələnmiş xaya bu hormonu ifraz etməyə başlayır və nəticədə hamiləlik testi "müsbət" nəticə verir.

Uroloq-onkoloqlar xaya xərçənginə ilkin diaqnoz qoyanda bu testdən də istifadə edirlər. Xoşbəxtlikdən, vaxtında aşkar olunduqda xaya xərçəngi çox uğurla müalicə olunur. Müalicədən sonra kişi adi həyata qayıdır və onun cinsi funksiyaları saxlanılır.

Xaya xərçənginin simptomları:

- xayanın ölçüsünün artması

- xayada bərkimiş sahələr, düyünlər

- xayalıqda ağırlıq hissi, ağrı və diskomfort

- qarının aşağı hissəsində ağrılar

- sidik ifrazı zamanı problemlər

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı