Çin ABŞ dövlət katibini əsassız hücumlarda ittiham edib

Çin ABŞ dövlət katibini əsassız hücumlarda ittiham edib
02:27 12 Noyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Qen Şuan bildirib ki, ABŞ dövlət katibi Maykl Pompeonun Berlin divarının uçurulmasının ildönümü ilə bağlı tədbirdə Çin haqqında dediyi sözlər "əsassız, acıqlı hücumdur".
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Qen Şuan Pompeonu "soyuq müharibə" vaxtlarının düşüncəsindən qurtulmağa çağırıb.
O, həmçinin əlavə edib ki, dövlət katibi ideoloji qərəzlərdən imtina etməlidir.
Maykl Pompeo Berlin divarının sökülməsinin ildönümü ilə əlaqədar Almaniya paytaxtındakı çıxışında Çinin Kommunist partiyası tərəfindən öz vətəndaşlarına qarşı təzyiq üsullarının istifadəsi haqqında bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-abs-dovlet-katibini-esassiz-hucumlarda-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR