Sakindən iddia: "Bələdiyyə sədri 55 min dollarımı mənimsəyib"

Zaqatala sakini Biləcəri Bələdiyyəsi sədri tərəfindən aldadıldığını iddia edir.

Metbuat.az xəbər verir ki, Zərərçəkən Qəmər Hüseynova "BakuTv"yə açıqlamasında bildirib ki, 12 il əvvəl Bakının Biləcəri qəsəbəsindən torpaq almaq üçün bələdiyyə sədrinə 55 min dollar ödəniş edib. Daha sonra zərərçəkən əmrin təsdiqlənməsi üçün Bakı Şəhər Torpaq Komitəsinə müraciət edib. Qurumdan bildiriblər ki, həmin ərazi Biləcəri Bələdiyyəsinə aid deyil.

"Mənə dedilər ki, səni aldadıblar. Bələdiyyə sədri ilham Xəlilova müraciət etdim. Mənə dedi ki, sənə yalan deyiblər, qərarımız da var. O ərazi bizə aiddir. Mən İnztibati-İqtisadi məhkəməyə də müraciət etdim. Qərar verildi ki, vətəndaş torpaqla təmin olunsun".

Məsələ ilə bağlı Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovla əlaqə saxladıq.

"Mənə aidiyyatı yoxdur. Yeri kimdən alıbsa onunla mübahisə etsin. Mən o xanımı məhkəməyə verəcəm. Onun mənimlə bağlı iddiası ola bilməz. Həmin ərazi Rəsulzadə bələdiyyə üzvünə aid olan yerdir. Öz aralarında danışıblar, onunla da məsələlərini həll ediblər. Təkcə dövlət rüsumunu mənə ödəyib".

Qeyd edək ki, məsələ ilə bağlı məhkəməyə müraciət olunsa da, şikayətin təmin olunması üçün yetərli əsas olmayıb. Ali məhkəmənin inzibati-iqtisadi kollegiyasının qərarına əsasən, iddiaçı qeyd edilən bələdiyyənin ərazisindən kənarda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, o həmin bələdiyyənin ərazisində torpaq sahəsini yalnız hərrac vasitəsilə əldə edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR