Şirkətlərin kiberhücumlardan illik itkiləri 6 trilyon dollar qiymətləndirilib

Şirkətlərin kiberhücumlardan illik itkiləri 6 trilyon dollar qiymətləndirilib
10:35 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

2021-ci ildə şirkətlərin qlobal miqyasda kiberhücumlardan illik itkiləri 6 trilyon dollardan çox olacaq. Bu barədə “Wikibon” tədqiqat agentliyinin baş analitiki Deyv Vellantenin proqnozunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, onun sözlərinə görə, məsələn, bu itkilərə müdaxilədən zərərçəkən kompüter sistemlərinin bərpası üçün xərclər, eləcə də əmək məhsuldarlığının azalması səbəbindən maliyyə itkiləri daxildir.

 

Ekspert qeyd edir ki, hakerlərin aktivliyi şirkətlərdə istifadə edilən və mühafizəyə ehtiyac duyan qurğuların sayı çoxaldıqca artır. Biznes sahəsi irihəcmli məlumatları getdikcə daha çox bir neçə ictimai və özəl “bulud” sistemlərində saxlasa da, istifadə edilən smartfonların və internetə qoşulmuş periferiya qurğularının sayı artmaqda davam etməklə kiberhücumlar üçün yeni imkanlar yaradır.

 

Hazırda informasiya təhlükəsizliyi əvvəlki illərlə müqayisədə daha da fraqmentləşdirilmiş şəkil alıb: getdikcə sayı artan yüzlərlə məhsul və çoxsaylı startaplar meydana gəlib. “Fortune 500” reytinqində yer alan ortastatistik şirkət İT sistemlərində məlumatların mühafizəsi üçün 72-dək informasiya təhlükəsizliyi məhsulundan istifadə edir. Lakin bu həllərin heç də hamısı öz funksiyalarının öhdəsindən gələ bilmir.

 

Kibercinayətkarlığın artmasının mümkün səbəblərindən biri kimi D.Vellante “bulud” infrastrukturunun işə salınması üçün servis tədarükçülərinin, o cümlədən “Amazon Web Services” şirkətinin bütün müştərilərin anlaya bilmədiyi ümumi məsuliyyətli təhlükəsizlik modelindən istifadə etməsini qeyd edir.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64068-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR