Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Vyanaya gedib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Vyanaya gedib
16:42 12 Noyabr 2019
177 Digər
Ölkə mətbuatı
A- A+

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfərə gedib.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, səfər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun şəhərin Dunay parkında ucaldılan abidəsinin ziyarətindən başlayıb.
Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və nümayəndə heyətinin üzvləri abidənin önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, görkəmli Avstriya bəstəkarı Motsartın vətənində onun azərbaycanlı həmkarı Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmış abidənin açılış mərasimi 2006-cı il mayın 30-da olub. Abidənin müəllifi tanınmış heykəltaraş, Azərbaycanın xalq rəssamı Ömər Eldarovdur.



Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/diasporla-i-s-uzre-dovlet-komitesinin-sedri-vyanaya-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR