Qızılları oğurlanan azərbaycanlı məşhur QAZI AÇIQ QOYUB YATIB - FOTO

Qızılları oğurlanan azərbaycanlı məşhur QAZI AÇIQ QOYUB YATIB - FOTO
11:12 13 Noyabr 2019
154 Şou
Ölkə mətbuatı
A- A+

Neçə kilo qır-qızılın var?

Milli.Az xəbər verir ki, bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda Mətanət Əsədovaya müraciət edib.

Xanım sənətçi qızılları ilə bağlı illər öncə başına gələn dəhşətli olayı efirdə açıqlayıb:

"Mənim nəyim var idisə hamısını oğurladılar, Zaur. Başıma elə oyun gəldi. Anamdan, atamdan qalan nələrim getdi mənim. Kiloyla getdi, hər şeyim getdi mənim, oğurladılar. Hadisə 10 il bundan qabaq olub. Mamamın "3"ü idi. Bildim kim aparıb. Hara şikayət olunmuşdu, o idarənin də nömərsini verərəm soruş. Soruş "Onu tapıb verirdiniz bu qıza, neylədi?". İstəmədim, anamın ruhuna and olsun istəmədim. Niyə istəmədim? Gecə anam mənim yuxuma girdi, olan bir şeydir. Dedi ki, "Ay bala, onu boş ver getsin. Mən də, sən demə, qazı açıq qoyub yatmışam, xəbərim yoxdur. Durdum qorxa-qorxa istədim "kuxna"ya girəm, işığı yandıranda partladı. Az qaldı ev yansın, ölmüşdüm mən.

Nə yaxşı ki, onu mən almadım. Hər şeyim getdi, mənim heç nəyim yoxdur".

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/801905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR