Xuan Quaidonun tərəfdarları Venesuelanın Braziliyadakı səfirliyinə hücum edib

Xuan Quaidonun tərəfdarları Venesuelanın Braziliyadakı səfirliyinə hücum edib
21:12 13 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Venesuelanın Braziliyadakı səfirliyinə bu gün səhər müxalifət lideri Xuan Quaidonun tərəfdarlarından olan azı 20 nəfər basqın edib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, müxalifətə qoşulduqlarını açıqlayan səfirlik əməkdaşları gələnlərə kömək ediblər.
Bu barədə Venesuelanın Braziliyadakı səfiri Freddi Mereqote müraciət yayıb: “Səfirlik ərazisinə yad şəxslər girərək Venesuela ərazisinin toxunulmazlığını pozublar. Bütün vətəndaş hərəkatlarının, siyasi partiyaların köməyinə və təcili addımlarına möhtacıq”.
Diplomat səfirlikdən kimlərinsə həmin şəxslərin səfirliyə daxil olmasına yol verməsinə dair məlumatları da təkzib edib: “Səfirliyin bütün əməkdaşları Nikolas Maduronu qanuni prezident kimi tanıyır”.
“Reuters” xəbər verir ki, hadisə yerinə polis və diplomatik nümayəndələr gəliblər.
Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreaza Monserrat sosial şəbəkələr vasitəsilə Braziliya tərəfini diplomatik əlaqələrə dair Vyana Konvensiyasına əməl etməyə çağırıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuelanin-braziliyadaki-sefirliyi-zebt-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR