Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
İki minik avtomobilin toqquşması nəticəsində, 1988-ci il təvəllüdlü Akay Məhərrəmov xəsarət alıb və Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma.