Demet Özdemir Bakıya gəlir - FOTO

Demet Özdemir Bakıya gəlir - FOTO
11:22 14 Noyabr 2019
251 Şou
Ölkə mətbuatı
A- A+

"Altın Kelebek" mükafatının siması dəyişdirilib. Bundan sonra mükafatlandırma gecəsinin üzü türkiyəli aktrisa Demet Özdemir olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi həftəsonu "Altın kelebek" mükafatı ilə bağlı Bakıya təşrif buyuracaq.

O, təşkil olunan gecədə iştirak edəcək və media nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, daha öncə Bakıya gələn sənətçinin Ebru Şahin olacağı bildirilmişdi. Lakin mükafatlandırma gecəsinin siması dəyişdirildiyinən D.Özdemir gəlməli olub.

Onu da bildirək ki, bu il "Altın kelebek"də "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə Xalq artisti Röya Ayxan, müğənnilər Murad Arif, Azad Şabanov, Elçin Cəfərov, Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Xəyyam Nisanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva yarışacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/802133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR