Bərdədə 28 yaşlı gənc naməlum şəxslər tərəfindən bazarda ölümcül döyüldü

Bərdədə 28 yaşlı gənc naməlum şəxslər tərəfindən bazarda ölümcül döyüldü
15:50 15 Noyabr 2019
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda gənc oğlan döyülüb.

Trend-in məlumatına görə, hadisə rayonun heyvan bazarında baş verib.

Bərdə rayonu, Xamtorpaq kənd sakini, 1991-ci il təvəllüdlü Möylanverdiyev Ədalət Möylanverdi oğlu bazar ərazisində olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu ağac parçası ilə döyərək hadisə yerindən qaçıb.

Ə.Mövlanverdiyev qapalı kəllə beyin travması və ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb, sonradan isə Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3149359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR