Slovakiya - Azərbaycan matçını ukraynalı hakimlər idarə edəcək

Slovakiya - Azərbaycan matçını ukraynalı hakimlər idarə edəcək
13:32 16 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya - Azərbaycan matçının təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Sergey Boykoya yan xətt hakimləri Volodimir Volodin və Semen Şlonçak köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.
Görüşün hakim-inspektoru maltalı Kevin Azzopardi, UEFA nümayəndəsi isə Skot Struthers olacaq.
Qeyd edək ki, Azərbaycan millisi bu gün "Bakcell Arena"da Uelslə qarşılaşacaq. Qarşılaşma saat 21:00-da başlayacaq. Noyabrın 19-da Trnavada keçiriləcək Slovakiya - Azərbaycan oyunu isə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/slovakiya-azerbaycan-matcini-ukraynali-hakimler-idare-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR