Paytaxda qəza törədən sürücü hadisə yerindən qaçıb, iki nəfər xəsarət alıb

Paytaxda qəza törədən sürücü hadisə yerindən qaçıb, iki nəfər xəsarət alıb
01:07 17 Noyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Belə ki, naməlum avtomobil taksi fəaliyyəti göstərən, 1993-cü təvəllüdlü Rüstəmov Talehin idarə etdiyi “Ravon” markalı 90-PN-361 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Hadisə nəticəsində Rüstəmov Taleh və onun sərnişini, təqriban 45 yaşlı olan xanım müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardımım köməyi ilə xəstəxanaya çatdırılıblar. Polis hadisəinin təfərrüatını araşdırır. 
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/paytaxda-qeza-toreden-surucu-hadise-yerinden-qacib-iki-nefer-xesaret

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR