Yenilənmiş Hyundai Grandeur hibrid aqreqatına sahib olacaq - FOTO

Yenilənmiş Hyundai Grandeur hibrid aqreqatına sahib olacaq - FOTO
20:32 17 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Hyundai Grandeur modelinin yenilənəcəyi barədə kifayət məlumat vermişik. Digər bazarlarda Hyundai Azera kimi tanınan sedan koreya markasının bayraqdar modelidir. Hyundai Grandeur modelinin cari nəslinin üç il bundan öncə debüt etməsinə baxmayaraq, koreyalılar bayraqdar sedanı əsaslı şəkildə yeniləmək qərarına gəliblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bu yenilənmə yeni bamper və disklərin təklif edilməsi ilə məhdudlaşmır - bu dəfə Hyundai Granduer demək olar ki, tamamilə yeni xarici görkəmə malik olub. Belə ki, yenilənmiş sedan bir sıra bölmələri gündüz hərəkət işıqları rolunu oynayacaq rombşəkilli toru olan radiator barmaqlığına malik olub. İşıq texnikasının formasında da ciddi dəyişiklik var. Ön fənərlər də rombşəkilli tərtibata malik olublar.

Sedanın arxa hissəsi də tamamilə dəyişdirilib: burada əsas diqqət arxa işıq texnikasına yönəldilib. Dizaynerlər Hyundai Granduer modelini kuzovun eni boyu uzanan işıqlanan zolaqla təchiz ediblər. Ümumilikdə yenilənmiş avtomobilin görkəmini daha müasir və sanballı adlandırmaq olar.

Avtomobilin interyerindəki dəyişikliklər də bənzər üslubdadır: burada rəqəmsal cihazlar panelini, yeni sükan çarxını tamamilə yeni ön paneli, mərkəzi konsoldakı sensorlu panelə malik olan iqlim sisteminin idarəetmə blokunu və ötürmələr qutusunun düyməli selektorunu görmək olar.

Cənubi Koreyada yenilənmiş Hyundai Grandeur 2,5-litrlik turbomühərrik və 8-diapazonlu avtomatik ötürmələr qutusu, həmçinin tərkibinə 2,4-litrlik turbomühərrik və 38 kVt-lıq elektromotor, litium-ion batareyası və 6-pilləli "avtomat" daxil olan hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Bundan başqa, sedanın qazla işləyən modifikasiyası da vəd edilib.

Sedanın təchizatına 19-düymlük təkər diskləri, panoram tavan, proyeksiya displeyi, tamamilə LED işıq texnikası, 12 dinamikli JBL səs sistemi və sairə daxil olacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR