İnfeksiyanın elektrik cərəyanı ilə müalicəsi

İnfeksiyanın elektrik cərəyanı ilə müalicəsi
21:17 17 Noyabr 2019
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Titan, implantlar üçün uyğun material olaraq bir çox xüsusiyyətə malikdir. O, aşağı sıxlıq, yüksək sərtlik, yüksək biomexanika gücünə, çəkiyə və korroziyaya dözümlülük kimi xüsusiyyətlərə malikdir. Bu gün titandan diş protezləri, oynaqlar kimi müxtəlif implantlar hazırlanır. Bununla yanaşı, metal implantlarla müəyyən problemlər yaşanır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  metal implantların səthi xroniki infeksiyalara səbəb olan mikrobların yığılması üçün əlverişlidir. Beləliklə, diş implantların təxminən 5%-dən 10%-ə qədəri uğursuz olur və infeksiyanın qana və digər orqanlara yayılmaması üçün 10-15 il ərzində çıxarılmalıdır. Buna "antibiotik böhranı"da əlavə olunur. Bir çox mikroblar müəyyən dərman və preparatlara qarşı müqavimət göstərir.

Pittsburq Universitetinin alimləri antibiotiklərin yoluxucu xəstəliklərlə mübarizəsinə kömək etmək üçün yol tapdılar. Bu metodunun mahiyyəti zəif bir elektrik cərəyanının metal implantdan keçməsidir. Cərəyan, ətrafdakı sağlam toxumaya ziyan vermədən implanta birləşmiş mikrobun hüceyrə membranına zərər yetirir. Zərər bakteriya hüceyrəsinin keçiriciliyini artırır, mikrobu antibiotiklərə daha həssas edir. Elektrokimyəvi terapiya yatmış hüceyrələr daxil olmaqla bütün mikrob hüceyrələrində stressə səbəb olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR