Aaron Remsi: "Bakıdan 3 xalla ayrılmaq həmişə çətindir"

Aaron Remsi: "Bakıdan 3 xalla ayrılmaq həmişə çətindir"
10:32 18 Noyabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

"Qələbə üçün bütün gücümüzü ortaya qoyduq. Buradan 3 xalla ayrılmaq həmişə çətindir. Xorvatiya da Bakıda büdrədiyindən, bu vəzifənin necə ağır olduğunu bilirdik".
"Report"un məlumatına görə, bunu Uels yığmasının futbolçusu Aaron Remsi Bakıda Azərbaycan millisinə 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə qrup oyunundan sonra deyib. İtaliya "Yuventus"unda çıxış edən 29 yaşlı yarımmüdafiəçinin yığmaya dönüşü noyabrın 16-da "Bakcell Arena"ya təsadüf edib. O, 60-cı dəqiqədə Qaret Beylin əvəzinə meydana daxil olub.
Remsi dönüşünü xoş hal kimi dəyərləndirib: "Meydanda sərt mübarizə və xoş hadisə yaşadım. Başımda kiçik kəsik var, amma hər şey yaxşıdır".
Təcrübəli oyunçu yenidən Avropa çempionatında çıxış etmək istədiklərini vurğulayıb: "Ən yaxşı dövrümüz AVRO-2016-ya təsadüf etmişdi. Yenidən oxşar hissləri yaşamaq istəyirik. DÇ-2018-i buraxmağımız çox üzücü olmuşdu. Yenidən final mərhələsində çıxış etməyə hazır olmalıyıq. Bu hissləri yaşamayan çoxlu yeni oyunçumuz var. Bu səbəbdən, onlar üçün də xoş hadisə baş verə bilər".
Qeyd edək ki, Uels millisi AVRO-2020-yə yüksəlmək üçün son turda Macarıstana evdə qalib gəlməli və Slovakiyanın Azərbaycan yığması ilə oyunda xal itirməsinə ümid etməlidir. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/aaron-remsi-bakidan-3-xalla-ayrilmaq-hemise-cetindir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR