“Tesla”nın Avropadakı ilk müəssisəsinə yatırımları açıqlanıb

“Tesla”nın Avropadakı ilk müəssisəsinə yatırımları açıqlanıb
17:02 18 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Tesla” şirkəti Berlində tikiləcək Avropadakı ilk müəssisəsinə 4,4 milyard avro yatırmaq niyyətindədir.
“Report” “Bild am Sontag”a istinadən xəbər verir ki, yeni müəssisədə ildə 150 minədək elektromobil, habelə akkumulyatorlar istehsal olunacaq. Müəssisədə ilkin olaraq 3 min, sonradan 7 minədək işçi çalışacaq.
Qeyd edək ki, “Tesla”nın sahibi Elon Mask ötən həftə “Bild am Sontag” və “Auto Bild” nəşrlərinin himayəsilə keçirilən illik “Qızıl sükan” müsabiqəsi mükafatlarının təqdimat mərasimində Avropada ilk istehsalat müəssisələrinin tikiləcəyini açıqlamışdı. “Twitter”dəki səhifəsində iş adamı həmçinin Berlində şirkətin layihə konstruktor bürosunun da yaradılacağını bildirib.
Onu da qeyd edək ki, Berlin müəssisəsi “Tesla”nın sayca dördüncü, xarici ölkələrdə isə Şanxaydakı üçüncü müəssisəsədən sonra ikinci müəssisəsi olacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/tesla-nin-avropadaki-ilk-muessisesine-yatirimlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR