Slovakiyalı hücumçu: Azərbaycan millisini qiymətləndirməyə bilmərik"

Slovakiyalı hücumçu: Azərbaycan millisini qiymətləndirməyə bilmərik"
09:52 19 Noyabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

"Bakıdakı oyunu necə yüksək səviyyədə keçirdiyimizi bilirik. Biz həmin matçı xatırlamalı və eyni cür çıxış etməliyik".
"Report"un məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Robert Bojenik bu gün Trnavada Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə matçı barədə danışarkən deyib. 20 yaşlı hücumçu iyunun 11-də "Bakcell Arena"da qazandıqları 5:1 hesablı qələbəyə rəğmən, bu dəfə oyunun fərqli alınacağını söyləyib: "Rəqibi qiymətləndirməyə bilmərik. Bu, Bakıdakından fərqli qarşılaşma olacaq. Bizə ikinci matçımızı da belə keçirmək lazımdır".
Bojenik E qrupunun paralel keçəcək Uels - Macarıstan qarşılaşmasının heç-heçə ilə yekunlaşacağına ümid edəcəklərini də vurğulayıb: "Kardiff şəhərində bəxtin üzümüzə necə güləcəyinə baxacağıq. Orada nə baş verəcəksə, o da olacaq".
Qeyd edək ki, Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.   


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/slovakiyali-hucumcu-azerbaycan-millisini-qiymetlendirmeye-bilmerik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR