Türkiyənin İzmir şəhərində oğul anasını ölümcül yaralayıb.

Bornova rayonunda yaşayan 43 yaşlı Esma S. ilə oğlu Məhəmməd D. arasında mübahisə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Məhəmməd D. anası Esma S.-ə 11 bıçaq zərbəsi endirib.

Anasını ölümcül yaraladıqdan sonra cinayətkar oğul onun mobil telefonunu da oğurlayaraq evdən qaçıb.

Qan içində qalan qadını qonşuları tapıb.

Xəstəxanaya yerləşdirilən Esma S.-nin vəziyyəti ağırdır.

21 yaşlı Məhəmmədin narkotik maddə aludəçisi olduğu bildirilir.

Polis cinayətkarı axtarır.

Milli.Az