İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiya hazırlanacaq

İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiya hazırlanacaq
15:35 19 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

BMT Baş Assambleyasının 74-cü sessiyasının Üçüncü komitəsinin iclasında informasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması ideyası bəyənilib. Müvafiq qətnamənin təşəbbüskarı qismində Rusiya çıxış edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "UN" resursuna istinadən yazır ki, "İnformasiya-kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadənin qarşısının alınması" adlı yeni qətnamə həmmüəllifləri tərəfindən beynəlxalq konvensiyanın hazırlanması üçün xüsusi hökumətlərarası komitənin yaradılması təklif olunur.

 

Qətnamədə qeyd olunur ki, informasiya-kommunikasiya texnologiyaları dövlətlərin inkişafı üçün böyük perspektivlər açmaqla yanaşı, cinayətkarlar üçün yeni imkanlar yaradır. Qətnamə layihəsinin lehinə 88, əleyhinə 58 dövlət səs verib, 34-ü isə bitərəf qalıb. Gələcəkdə komitə tərəfindən bəyənilən layihə BMT Baş Assambleyasının plenar iclasında təsdiq ediləcək.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64259-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR