Qurban kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Rusiyadan deportasiya olundu

Qurban kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Rusiyadan deportasiya olundu
21:12 20 Noyabr 2019
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Qoyun başı kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Lütfulla Rzayev Rusiyadan deportasiya edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Sankt-Peterburq polisi onun hərəkətində qəddarlıq əlaməti olmadığını bildirib.

Buna baxmayaraq, o deportasiya edilib və 2022-ci ilin 19 noyabrına qədər, üç il müddətində Rusiyaya gələ bilməyəcək.

Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/803854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR