Şəkər zavodunda partlayış -

Argentinanın şimal-qərbindəki Jujuy əyalətində şəkər zavodunda partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, partlayışdan sonra yanğın da başlayıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub. Yaralıların da olduğu deyilir.

Qeyd olunur ki, partlayış spirt saxlanan çəndə baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib. (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR